Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar “Elmi əsəsrlər” jurnalının 1-ci nömrəsi üçün məqalə qəbulu elan edilir

“Elmi əsəsrlər” jurnalının 1-ci nömrəsi üçün məqalə qəbulu elan edilir

2022-12-27
1488

Azərbaycan Texniki Univerisitetinin (AzTU) Elmi Koordinasiya və Nəşr Mərkəzi 2023-cü ildə çap edilməsi planlaşdırılan “Elmi əsərlər” jurnalının 1-ci nömrəsi üçün məqalə qəbulunu elan edir.

Jurnalda fizika, riyaziyyat, kimya, mexanika,  avtomatika, informatika, telekommunikasiya, maşınqayırma, elektrotexnika, metallurgiya, maşın­şü­naslıq, energetika, iqtisadiyyat, nəqliyyat, ekologiya bölmələri üzrə məqalələr dərc ediləcək.

Dərc olunacaq məqalə redaksiyaya həm kağız, həm də elektron formada təqdim olunmalıdır.

Məqalə hazırlanarkən aşağıdakı tələblər nəzərə alınmalıdır:

·         Məqalə Azərbaycan, rus və ingilis dillərindən birində hazırlanmalı, məqalənin adı, xülasə (min. 100 söz, maks. 200 söz) və açar sözlər (3-5 söz) hər üç dildə təqdim olunmalıdır.

·         Məqalə “Microsoft Word” mətn redaktorunda A4 formatında (soldan, yuxarıdan, aşağıdan və sağdan – 2 sm), “Times New Roman” şrifti ilə 12 pt. ölçüdə, vahid sətirarası intervalla və mətn daxili yazıda 1 sm abzas buraxmaqla hazırlanmalı və 8 səhifədən artıq olmamalıdır.

Məqalənin hazırlanma qaydaları ilə daha  ətraflı  https://www.aztu.edu.az/sub_site/az/elmi-eserler-jurnali-89/page/telebler-650  linkdən tanış ola bilərsiniz.

Müraciətlərin başlanma tarixi: 05.01.2023-ci il

Müraciətlər üçün son tarix: 01.03.2023-ci il

Əlavə suallarınızı [email protected] elektron ünvanına yönləndirə bilərsiniz.