Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar Distant və Qiyabi Təhsil Mərkəzinə qiymətləndirmə üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir

Distant və Qiyabi Təhsil Mərkəzinə qiymətləndirmə üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir

2024-11-29
377

Azərbaycan Texniki Universitetinin (AzTU) Distant və Qiyabi Təhsil Mərkəzinə qiymətləndirmə üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir.  

Tələblər:

· Ali təhsil;

· Müvafiq sahə üzrə ən azı 3 il pedaqoji təcrübə;

· Dil biliklari: Azərbaycan dilini səlis bilməli, rus və  ingilis dili arzu olunandır;

· Analitik düşünmə qabiliyyəti;

· Bacarıq və səriştə əsaslı qiymətləndirmə vasitələrinin hazırlanması istiqamətində bilik və təcrübə;

· Yüksək təşkilatçılıq və ünsiyyət bacarıqları;

· Microsoft Ofis proqramlarında yaxşı səviyyədə işləmək bacarığı. 

Vəzifə öhdəlikləri:

· Qiymətləndirmənin nəticələri əsasında zəruri hallarda dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;

· Qiymətləndirmə hesabatlarını hazırlamaq və təqdim etmək;

· İllik iş planının hazırlanmasına və icrasına nəzarət etmək;

· Tələbə və müəllimlərlə mütəmadi əlaqə quraraq təhsil prosesinin düzgün və fasiləsiz davam etməsini təmin etmək;

· Əmək və nizam-intizam qaydalarına riayət etmək;

· İmtahan cədvəlinin hazırlanması, bütün iştirakçılara

(fakültələrə və kafedralara) düzgün şəkildə çatdırılması;

· İmtahan nəticələri ilə bağlı tələbələrdən gələn müraciətlərin qəbul edilməsi və onların şikayətlərinin araşdırılması;

· İmtahanların təşkilində ədalət və obyektivlik prinsiplərinin tətbiq olunması. 

Bilməlidir:

· Fəaliyyəti ilə bağlı olan Azərbaycan Respublikasının qanunvericiliyini;

· Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu;

· Təhsil sahəsində dövlət standartlarının tələblərini;

· Pedaqogika, fiziologiya,psixologiya və peşəkar təlim metodlarını;

· Tələbələrin müasir təlim formaları və metodları ilə təlim və tərbiyəsini;

· Tədris işləri üzrə sənədləşmənin aparılması;

· Tədris planı, tədris proqramları və digər metodiki sənədlərin işlənib hazırlanması prinsipləri və qaydalarının hazırlanması.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz  CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. 

Müraciət üçün son tarix: 15.12.2024-cü il saat 18:00