Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar Bursa Texniki Universitetində “Erasmus+ KA171” mübadilə proqramında iştirak etmək istəyən akademik heyətin nəzərinə!

Bursa Texniki Universitetində “Erasmus+ KA171” mübadilə proqramında iştirak etmək istəyən akademik heyətin nəzərinə!

2025-01-21
194

Azərbaycan Texniki Universitetinin (AzTU) akademik heyəti “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində Türkiyənin Bursa Texniki Universitetində bir həftə mühazirə oxumaq üçün müraciət edə bilər.

Mübadilə proqramı haqqında məlumat

Tədris ili:

2024/2025-ci tədris ilinin yaz semestri

Sahələr:
- Metalurgiya və materialşünaslıq
- Maşın mühəndisliyi

Tələb olunan sənədlər:

● Ərizə forması (Application Form)

● CV (ingilis dilində)

● İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi)

Müraciət qaydası:

“Erasmus+ KA171” mübadilə proqramında iştirak etmək istəyən müəllimlərdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix: 03.02.2025

- Seçim zamanı tam ştatlı/yarım ştatlı çalışan müəllimlərə üstünlük veriləcək.

Ünvan: AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq (Beynəlxalq əlaqələr şöbəsi)

E-poçt: [email protected]

Tel: (+994 12) 539 13 48