Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar Beynəlxalq əlaqələr şöbəsinə beynəlxalq layihələr üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan olunur

Beynəlxalq əlaqələr şöbəsinə beynəlxalq layihələr üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan olunur

2025-08-25
90

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinə beynəlxalq layihələr üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan olunur.  

Tələblər:

· Ali təhsil səviyyəsi: Magistr dərəcəsi;

· Minimum 2 il iş təcrübəsi (Müvafiq sahə və ya təhsil sahəsi üzrə);

· Dil bilikləri: İngilis və türk dillərində sərbəst şəkildə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus dili vəya əlavə dil biliyi üstünlük olaraq qəbul ediləcək);

· Ms Office proqramları üzrə biliklər;

· Yüksək ünsiyyət bacarığı, komandada işləmək və liderlik qabiliyyəti;

· Analitik düşüncə, təşəbbüskarlıq və müstəqil qərarvermə bacarığı;

· “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları, ölkənin strateji inkişaf prioritetləri və müvafiq qanunvericilik bazası üzrə biliklər. 

Əmək funksiyaları:

· Təhsil, təcrübə və tədqiqat sahələrində universitetin ixtisaslaşmasına uyğun beynəlxalq qrant layihələri üzrə çağırışları izləmək, onların təşviqatını aparmaq və universitetin iştirakını təmin etmək;

· Universitetin beynəlxalq elm və təhsilyönümlü qrant proqramlarında iştirakını təşviq etmək və müraciətlərin qaydalara uyğun şəkildə icrasını təmin etmək;

· Beynəlxalq layihələrin idarə olunması və icrası ilə bağlı tədbir və seminarların təşkilini həyata keçirmək;

· Universitet əməkdaşlarının beynəlxalq qrant layihələrinə müraciətləri zamanı tələb olunan texniki dəstəyi göstərmək;

· Layihələrin icra prosesində hesabatların hazırlanmasına, sənədləşməyə və komanda işinə dəstək vermək;

· Universiteti beynəlxalq layihələrlə bağlı sərgi, görüş, konfrans və seminarlarda təmsil etmək;

· Beynəlxalq layihələr üzrə xarici tərəfdaşlarla effektiv kommunikasiya qurmaq və əlaqələri təmin etmək;

· Layihə fəaliyyəti üzrə illik statistik məlumatları toplamaq, müqayisəli təhlillər aparmaq və hesabatlar hazırlamaq.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. 

Müraciət üçün son tarix: 22.09.2025-ci il saat 18:00