Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinə beynəlxalq əməkdaşlıq və mübadilə üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan olunur.
Tələblər:
· Ali təhsil səviyyəsi: Magistr dərəcəsi;
· Minimum 2 il iş təcrübəsi (Müvafiq sahə və ya təhsil sahəsi üzrə);
· Dil bilikləri: İngilis və türk dillərində sərbəst şəkildə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus dili və ya əlavə dil biliyi üstünlük olaraq qəbul ediləcək);
· Ms Office proqramları üzrə biliklər;
· Yüksək kommunikasiya və ünsiyyət bacarıqları, komandada işləmək və liderlik qabiliyyəti;
· Analitik düşünmə və müstəqil qərar qəbul etmək bacarığı;
· “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları, ölkənin strateji inkişaf prioritetləri və müvafiq qanunvericilik bazası üzrə biliklər.
Əmək funksiyaları:
· Xarici universitet və beynəlxalq təşkilatlarla elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin qurulması və informasiya mübadiləsinin aparılması;
· Universitetin üzv olduğu beynəlxalq assosiasiya və təşkilatlarla əməkdaşlıq çərçivəsində tədbirlərdə iştirak və tərəfdaşlarla kommunikasiya;
· Universitetin beynəlxalq layihə və mübadilə proqramlarında iştirakını təmin etmək, sərgi, görüş, konfrans və seminarlarda təmsil olunmaq;
· Akademik və inzibati heyətin, eləcə də tələbələrin beynəlxalq mübadilə proqramları üzrə sənədləşmə və viza məsələlərinə dəstək göstərmək;
· Universitetin beynəlxalq əməkdaşlıq və mübadilə üzrə statistika və hesabatını hazırlayaraq təqdim etmək, fəaliyyəti ilə bağlı mütəmadi hesabatlar hazırlamaq, mövcud çətinliklər və əngəlləri müəyyən etmək, aradan qaldırılması üçün təklif və tövsiyələr hazırlamaq;
· Beynəlxalq əlaqələrə dair internet səhifə və təbliğat materiallarının hazırlanmasında iştirak etmək.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 22.09.2025-ci il saat 18:00