Portal.edu.az-da tələb olunan sənədlərin siyahısı:
1. Attestat (abituriyentlər üçün);
2. Diplom, diplom əlavəsi və ya ona bərabər tutulan arayış (subbakalavrlar üçün);
3. İlkin hərbi qeydiyyat şəhadətnaməsi və ya hərbi bilet (oğlanlar üçün);
4. Ödəniş qəbzi (ödənişli əsaslarla qəbul olunanlar üçün);
5. Təhsil haqqından azad olunanlar üçün təhsil haqqından azad olunmanı əsaslandıran müvafiq sənədlər.
İmtiyazlı (təhsil haqları dövlət vəsaiti hesabına ödəniləcək) tələbələr üçün tələb olunan sənədlər:
1. Məcburi köçkünlər.
- Tələbənin şəxsiyyət vəsiqəsinin surəti;
- Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları.
- Valideynin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını (müvafiq qurum tərəfindən təqdim olunan sənəd, arayış) , əlil olmasını (Forma 88) , hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
-əlilliyi olan valideynin şəxsiyyət vəsiqəsinin surəti;
- Tələbənin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
3. Şəhid ailəsi statusunu almış ailənin üzvləri.
- Ailə üzvünün şəhid olmasını təsdiq edən sənədin (ölüm haqqında şəhadətnamə) notarial qaydada təsdiq edilmiş surəti;
- Tələbənin şəhid olmuş şəsxlə qohumluq əlaqəsini təsdiq edən sənədin (doğum haqqında şəhadətnamə və ya nikah haqqında şəhadətnamə) notarial qaydada təsdiq edilmiş surəti;
- Tələbənin şəhid ailəsinin üzvü olduğunu təsdiq edən vəsiqənin notarial qaydada təsdiq edilmiş surəti.
4. Hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 23 yaşınadək şəxslər.
- Valideynlərinin vəfat etdiyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
- Valideynlərdən birinin vəfat etdiyini təsdiq edən sənədin, digər valideynin isə orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyini ( I və II dərəcə) təsdiq edən sənədin (elektron sistemdən çıxarış Forma 88) notarial qaydada təsdiq edilmiş surəti;
- Valideynin şəxsiyyət vəsiqəsinin surəti;
- Tələbənin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti.
5. Orqanizmin funksiyalarının 61-100 faiz (I və II dərəcə) pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər.
- Tələbənin şəxsiyyət vəsiqəsinin surəti;
- Tələbənin əlilliyini təsdiq edən sənədin (elektron sistemdən çıxarış) notarial qaydada təsdiq edilmiş surəti.
6. Müharibə veteranları.
Müharibə veteranı olmasını təsdiq edən müvafiq qurum tərəfindən verilmiş vəsiqə.