Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar AzTU ölkənin akademik jurnalları üçün beynəlxalq təlimlərə başlayır

AzTU ölkənin akademik jurnalları üçün beynəlxalq təlimlərə başlayır

2025-04-16
155

Azərbaycan Texniki Universiteti (AzTU) ölkənin akademik jurnalları üçün beynəlxalq təlimlərə başlayır. Bu təşəbbüs AzTU Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Xəyalə Hacıyevanın DOAJ (Directory of Open Access Journals) platformasında redaktor kimi fəaliyyəti çərçivəsində həyata keçirilir və ölkədə ilk dəfə olaraq açıq əlyetərli akademik jurnallar üçün onlayn təlimin təşkilini nəzərdə tutur.

“Akademik jurnalların DOAJ-da indekslənmə meyarları və tələbləri” mövzusunda keçiriləcək təlimin məqsədi Azərbaycanda fəaliyyət göstərən akademik jurnalların beynəlxalq standartlara, xüsusilə də DOAJ indeksinin tələblərinə uyğunlaşdırılmasına töhfə verməkdir. Tədbir çərçivəsində DOAJ-ın indeksasiya meyarları, hüquqi sənədlərin formalaşdırılması, beynəlxalq lisenziyalar, jurnallara imtina edilmə səbəbləri və bu problemlərin aradan qaldırılması üçün tətbiq oluna biləcək həll yolları ətraflı şəkildə izah olunacaq.

Təlim 23 aprel saat 15:00-da keçiriləcək.

Qeydiyyat linki: https://zoom.us/webinar/register/WN_WfRiVdfCS8ajjPH9-Yp9Sg