AzTU-nun Maliyyə və təminat departamentinin Gəlirlər şöbəsinin təhsil haqqı qrupunun mütəxəsssisi vəzifəsinə vakansiya elan olunur.
Vəzifə təlimatı:
· Təhsilalanlar üzrə analitik uçotun aparılması üçün təhsilalanlarla bağlı bütün əmrlərin sistemə daxil edilməsi;
· Təhsilalanların bütün ödənişlərinin sistemə daxil edilməsi;
· TTKF ilə əməliyyatların həyata keçirilməsi;
· Növbəti il üçün büdcə layihəsi hazırlanması ilə bağlı gəlirlər üzrə məlumatların təqdim edilməsi;
· Müvafiq sahə üzrə rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanması;
· Təsilalanların dövriyyə vərəqələrinə nəzarət edilməsi;
· Rəhbərlik tərəfindən tələb olunan digər işlərin icra olunması.
Tələblər:
· ATİS maliyyə modulunda, MS Excel və MS Word proqramları ilə işləmək;
· “Təhsil haqqında” AR Qanununu, Təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil xərcindən azad olma haqqında qanun və sərəncamları, AR Vergi Məcəlləsini, AR Əmək Məcəlləsin, AR İnzibati Xətalar Məcəlləsini bilmək;
· Komandada işləmək, kommunikasiya bacarığı;
· Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmaq;
· İşguzar və hədəfyönlü, problemləri həll etmə bacarığı;
· Dil bilikləri: Azərbaycan dili (səlis), rus dili arzu olunandır;
· Yaş həddi: 25-45.
İş rejimi: Həftənin 5 günü (09:00-17:30)
İstirahət günləri: Şənbə və bazar
Müraciət üçün son tarix: 01.12.2023
Maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.