Azərbaycan Texniki Universitetində (AzTU) SABAH proqramları üzrə koordinator vəzifəsinə vakansiya elan olunur.
Əmək funksiyaları:
SABAH proqramları üzrə Strateji İnkişaf Planının hazırlanmasını və həyata keçirilməsini təşkil edir, bu fəaliyyət istiqaməti məqsəd və prioritetləri müəyyənləşdirilməsini təşkil və koordinasiya edir;
“Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 noyabr tarixli 351nömrəli Sərəncamının 4.1-ci bəndini, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 18 avqust 2025-ci il tarixli KQ-06 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı Tələblər”ini rəhbər tutaraq tədrisin təşkilini koordinasiya edir;
Təhsil, elmi-tədqiqat, innovasiya və tələbə fəaliyyətləri üzrə illik fəaliyyət planlarını və hesabat mexanizmlərini formalaşdırır;
SABAH proqramları üzrə müvafiq strukturlarla birgə fəaliyyətinin ali təhsil müəssisəsinin ümumi inkişaf strategiyasına uyğunluğunu təmin edir;
SABAH modeli çərçivəsində tədrisin keyfiyyətinin, səmərəliliyinin və müasirliyinin artırılmasına yönəlmiş innovativ layihələrin həyata keçirilməsini təşkil edir;
SABAH proqramları üzrə fəaliyyətində dayanıqlı inkişaf, rəqəmsal transformasiya və keyfiyyət idarəçiliyi prinsiplərinin tətbiqinə nəzarət edir.
SABAH proqramları üzrə tədris prosesinin planlaşdırılması, təşkili və icrasına nəzarət edir və digər fəaliyyətləri koordinasiya edir;
Təhsil proqramlarının və tədris planlarının müvafiq qanunvericilik çərçivəsində və Avropa Kredit Transfer Sisteminin (AKTS) prinsiplərinə tam uyğun həyata keçirilməsinə nəzarət edir;
Müasir tədris metodlarının, innovativ pedaqoji yanaşmaların və informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təşviq edir;
Dərs cədvəllərinin, imtahan sessiyalarının, kollokviumların, tədris yükü bölgüsünün və akademik göstəricilərin təsdiqinə nəzarət edir;
Açıq dərslərin, seminarların, tədris-metodik müzakirələrin və fakültədaxili seminarların keçirilməsini təşkil edir;
Tədrisin keyfiyyətinə nəzarət mexanizmlərinin işlənib hazırlanmasını və tətbiqini təmin edir;
SABAH proqramları üzrə elmi-tədqiqat və innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsini təşkiledir;
Professor-müəllim heyətinin və tələbələrin elmi layihələrdə, startaplarda və tətbiqi tədqiqatlarda iştirakını təşviq edir;
Elmi konfransların, seminarların və tədqiqat müzakirələrinin təşkilini təmin edir;
Tələbələrin akademik, sosial və karyera inkişafı üçün şəraitin yaradılmasına nəzarət edir;
SABAH tələbələrinin təcrübə, layihə fəaliyyətlərinin səmərəli təşkilini təmin edir;
Təhsilalanların hüquqlarının qorunmasına, onların mədəni, sosial və intellektual inkişafına yönəlmiş tədbirlərin həyata keçirilməsinə şərait yaradır;
Məmnunluq sorğularının (müəllimlərin tədris keyfiyyəti, dərsin səmərəliliyi və s.) keçirilməsinə nəzarət edir və nəticələr əsasında tədris keyfiyyətinin artırılması üzrə tədbirlər görür;
Tələbələrin uğurlarının, nailiyyətlərinin və təşəbbüslərinin ictimaiyyətə təqdim olunmasını və mükafatlandırılmasını təşviq edir.
Tələblər:
Ali təhsil (Magistr təhsili);
Minimum 3 il iş təcrübəsi (Müvafiq sahə və ya təhsil sahəsi üzrə);
Dil bilikləri: İngilis dilində ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus dili və ya əlavə dil biliyi üstünlük olaraq qəbul ediləcək);
Ms Office, Ms Access, MS project proqramları üzrə biliklər;
Azərbaycan Respublikasının “Elm haqqında” və “Təhsil haqqında” qanunları; ölkənin strateji inkişaf prioritetlərinin və qanunvercilik bazası, Boloniya prosesi haqqında biliklər.
Ali məktəb pedaqogikası, müasir təlim metodları və innovativ tədris texnologiyaları üzrə biliklər;
Tədris planlarının və işçi proqramların hazırlanması və həyata keçirilməsi təcrübəsi;
Elmi-tədqiqat, layihə və innovasiya fəaliyyətlərinin təşkili bacarığı;
Tələbələrlə motivasiyaedici iş aparmaq, onların fərdi və peşəkar inkişafını dəstəkləmək imkanları;
Liderlik və idarəetmə bacarıqları, komanda işinə rəhbərlik etmək bacarığı;
Tədris prosesində keyfiyyətə nəzarət, monitorinq və hesabatlılıq aparmaq təcrübəsi;
Problemləri analitik həll etmək və qərar qəbul etmək bacarığı;
Tədris prosesinin təşkili və normativ-hüquqi sənədlərlə işləmək bacarığı;
Tədris prosesində innovasiyaların tətbiqini təmin etmək və komandanın inkişafını dəstəkləmək.
Maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciət üçün son tarix: 23.01.2026-cı il