Azərbaycan Texniki Universitetində (AzTU) marketinq meneceri vəzifəsinə vakansiya elan edilir
Tələblər:
- Magistr dərəcəsi (MBA təhsili olanlara üstünlük verilir);
- Müvafiq sahə və ya təhsil sektoru üzrə ən az 2 il iş təcrübəsi;
- Azərbaycan, ingilis və türk dillərində əla səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları (əlavə dil biliyi arzuolunandır);
- Rəqəmsal marketinq alətləri və platformalarından istifadə bacarığı (xüsusən sosial media vasitələrində);
- Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olmaq;
- Ünsiyyətcil, kreativ, multikultural mühitdə müstəqil və komanda ilə işləmək bacarığı;
- MS Office (Word, Excel, Outtlook, Power Point) proqramlarından istifadə etmək bacarığı.
Əmək funksiyaları:
- Əcnəbi tələbələrin universitetdə təhsil almaları üçün ölkə daxilində və xaricdə təşviqat və təbliğat işlərinin aparılması üçün fəaliyyət planı hazırlamaq;
- Əcnəbi tələbə cəlbi ilə bağlı beynəlxalq təcrübədə tətbiq olunan mexanizmlərin öyrənilməsi və istifadə olunması;
- Əcnəbi tələbə cəlbi ilə bağlı universitetin beynəlxalq təhsil və elm məkanında təmsil edilməsi ilə əlaqəlitəkliflərin verilməsi, beynəlxalq sərgilər, forumlar, tədbirlər haqqında məlumatların toplanması, bu kimi tədbirlərdə universitetin təmsil olunması;
- Rəqəmsal marketinq strategiyalarının hazırlanması, həyata keçirilməsi;
- Sosial media (Instagram, Facebook, Telegram), axtarış sistemi marketinqi, e-poçt marketinqi və məzmun kimi rəqəmsal kanallardan, beynəlxalq tələbə qəbulu platformalarından istifadə edərək universitetin profilinin genişlənməsi və əcnəbi tələbələrin cəlb edilməsi;
- Əcnəbi tələblərin cəlbi ilə bağlı reklam materialları üçün məzmunların hazırlanmasını təmin etmək, həmçinin universitetin veb-saytında materialların vizual cəhətdən cəlbedici olması, istifadəçilər və gələcək tələbələr üçün əlçatan olmasının təmin olunması, lazımi yeniləmələr və təkmilləşdirmələrin həyata keçirilməsi üçün veb tərtibatçılarıla əməkdaşlıq etmək;
- Şöbənin sosial media hesablarına, o cümlədən hədəf auditoriya arasında populyar olan platformalara nəzarət edilməsi, izləyicilərin artırılması və təşviq edilməsi üçün cəlbedici və mədəni cəhətdən uyğun məzmunun hazırlanması, şərhlərə, mesajlara və sorğulara vaxtında və həssas şəkildə cavab verilməsi;
- Reklam kampaniyaları, “Google Ads” və sosial media reklamı kimi rəqəmsal reklam platformalarından istifadə etmək.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər
Müraciət üçün son tarix: 30.06.2024-cü il saat 18:00