Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun magistratura səviyyəsi üzrə tədris və akademik proseslərin təşkili sahəsində fəaliyyət göstərmək üçün tələbələrlə iş üzrə mütəxəssis vəzifəsinə (tam ştat) vakansiya elan olunur.
Əsas vəzifə öhdəlikləri:
Tədris və akademik proseslər
· KOİCA/ETS və AOİTAS sistemlərinə akademik məlumatların daxil edilməsi və yenilənməsi;
· Müəllimlərin sillabus və material yerləşdirməsinin yoxlanılması;
· Fərdi tədris planlarının hazırlanması və monitorinqi;
· Davamiyyət və aralıq attestasiya göstəricilərinin aparılması;
· Təcrübə və elmi-tədqiqat sənədlərinin rəsmiləşdirilməsi.
İmtahan və attestasiya
· Semestr imtahan cədvəllərinin hazırlanması;
· İmtahan biletlərinin toplanması və sistemə daxil edilməsi;
· İmtahan nəticələrinin işlənməsi,
Təqaüd və əmrləşmə
· Təqaüd cədvəllərinin və təqaüd əmrlərinin layihəsinin hazırlanması;
· Akademik məzuniyyət, bərpa, xaric olunma, keçid, soyad dəyişmə və digər əmrlərin layihəsinin hazırlanması;
· Xidməti məruzələrin yazılması.
Hesabat və sənədlərlə iş
· Statistik hesabatların hazırlanması;
· MEİS üzrə müraciətlərin cavablandırılması;
· Diplom əlavələri və transkriptlərin hazırlanması.
Tələbə xidmətləri
· Magistr sənəd qəbulu və sənədlərin yoxlanılması;
· FTP və ŞTV sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi;
· Akademik arayışların hazırlanması;
· Smart kartların sifarişi və təhvilinin təşkili;
· Elektron sistemlərdə sənədlərin qeydiyyatı və arxivləşdirilməsi;
· Tələbə müraciətlərinin operativ icrası.
Namizədə tələblər:
· Ali təhsil (Magistr dərəcəsi üstünlükdür);
· KOİCA/ETS, AOİTAS və MEİS sistemləri ilə işləmə bacarığı;
· Təhsil sahəsində normativ sənədləri bilmək;
· İmtahan və təqaüd prosedurlarını bilmək;
· Rəsmi sənəd tərtibatı qaydalarını bilmək;
· Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmə bacarığı;
· Azərbaycan dilində sərbəst, ingilis və rus dillərində işgüzar ünsiyyət arzu olunandır.
· Analitik düşünmə, hesabat hazırlamaq və sənədlərlə işləmə bacarığı;
· Yüksək kommunikasiya qabiliyyəti, məsuliyyətlilik və operativlik.
Akademik mühitdə sistemli, məsuliyyətli və operativ işləyə bilən namizədlər müraciət üçün dəvət olunur.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 15.03.2026