Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar AzTU-da “FinTech Lab” layihəsinə tələbə qəbulu başlayır

AzTU-da “FinTech Lab” layihəsinə tələbə qəbulu başlayır

2026-01-30
47

Azərbaycan Texniki Universitetində (AzTU) “FinTech Lab” layihəsinə tələbə qəbulu başlayır.

Layihə çərçivəsində maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən təşkilatların mentorluğu ilə praktiki dərslər keçiriləcək. Dərslərin sonunda uğurlu tələbələrin müvafiq təşkilatlarda işlə təmin edilməsi nəzərdə tutulur.

Kimlər müraciət edə bilər?

İT üzrə aşağıdakı ixtisasların 3 və 4-cü kurs tələbələri:

                • İnformasiya texnologiyaları

                • İnformasiya təhlükəsizliyi

                • Kompüter elmləri

                • Kompüter mühəndisliyi 

İqtisadiyyat üzrə aşağıdakı ixtisasların 3 və 4-cü kurs tələbələri:

                • İqtisadiyyat

                • Menecment

                • Biznesin idarə edilməsi

                • Marketinq 

"FinTech Lab" sizə nə qazandıracaq?

                • Real layihələr üzərində praktiki bilik və bacarıqlar

                • "FinTech" sahəsində peşəkar mentorlarla birbaşa əməkdaşlıq

                • Karyera imkanları və məşğulluq perspektivi 

Layihə çərçivəsində tələbələrə əlavə təqaüd imkanı təklif edilir.

Qeydiyyat üçün link

Müraciət üçün son tarix: 08.02.2026