Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar AzTU-da AI-MED Baku 2025: Süni İntellekt və Biotibbi İnnovasiyalar üzrə Azərbaycan-Almaniya Strateji Tərəfdaşlıq Forumu keçiriləcək

AzTU-da AI-MED Baku 2025: Süni İntellekt və Biotibbi İnnovasiyalar üzrə Azərbaycan-Almaniya Strateji Tərəfdaşlıq Forumu keçiriləcək

2025-04-04
302

Aprelin 7-9-da Azərbaycan Texniki Universitetində (AzTU) Almaniyanın Münxen və Köln şəhərlərindən Azərbaycana səfər edən sənaye nümayəndələri və akademik heyətin iştirakı ilə AI-MED Baku 2025: Süni İntellekt və Biotibbi İnnovasiyalar üzrə Azərbaycan-Almaniya Strateji Tərəfdaşlıq Forumu keçiriləcək.

Forum Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” çərçivəsində müəyyən edilmiş prioritet hədəflərə uyğun olaraq, beynəlxalq əməkdaşlıq çərçivəsində təşkil olunur.

Məqsəd Almaniya ilə Azərbaycan arasında biotibbi mühəndislik sahəsində strateji əməkdaşlığı gücləndirmək, süni intellektin tətbiqi və səhiyyə sahəsində insult xəstələrinin müalicəsində qabaqcıl texnologiyaların ölkəmizdə elmi əsaslarla tətbiqinə təkan verməkdir.

AzTU Biotibbi Mühəndislik İnstitutunun təşkilatçılığı ilə keçiriləcək forumda Almaniyanın Troisdorf şəhərində Radiologiya, Nuklear Tibb və Neyroradiologiya Klinikasının rəhbəri, Köln Universitetinin əməkdaşı və AzTU Biotibbi Mühəndislik İnstitutunun direktoru professor Nuran Abdullayev və Almaniyanın Münxen klinikasının direktoru, neyroradiologiya sahəsində beynəlxalq tanınmış mütəxəssis professor Anastasios Mpotsaris müxtəlif görüşlər keçirəcəklər.