Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar Almaniyada mübadilə proqramı ilə bir semester təhsil almaq imkanı

Almaniyada mübadilə proqramı ilə bir semester təhsil almaq imkanı

2026-01-21
120

Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbələri Almaniyanın Brandenburq Texniki Universiteti Cottbus-Senftenberqdə (BTU GS) 2025/2026-cı tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.

Qeyd edək ki, Brandenburq Texiki Universitetində tədris alman və ingilis dillərində aparılır. Hər iki dildə ixtisas və tədris planları ilə aşağıdakı linklərə keçid edərək tanış ola bilərsiniz:

· Məlumat kitabçası

· Fənlərin kataloqu 

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

· AzTU-nun bakalavr (2-ci və 3-cü kurs) tələbəsi olmaq;

· Ərizə forması;

· Transkript (ÜOMG minimum 75 bal);

· İngilis (min. B2) və ya alman dili (min. B1) biliyini təsdiq edən sənəd. 

QEYD: Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparıldığına görə Brandenburq Texniki Universitetində bir semestrlik təhsil haqqı istisna olmaqla, digər bütün xərclər (yol, qalmaq və gündəlik xərclər) tələbənin özü tərəfindən qarşılanacaq. 

Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

· Alman dili biliyi üzrə Goethe, Test DAF, Telc rəsmi sertifikatları, ingilis dili biliyi üzrə IELTS/TOEFL sertifikatı olanlar və alman və ya ingilis dili bölməsində təhsil alanlar birbaşa seçiləcək. 

Müraciət üçün son tarix: 26.01.2026

Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)

E-mail: [email protected]