Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər ENGAGE layihəsi çərçivəsində Portuqaliyada təlim keçirilib

ENGAGE layihəsi çərçivəsində Portuqaliyada təlim keçirilib

10.07.2024     737     AzTU

Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində daha bir təlim Portuqaliyada keçirilib. Təlimə layihənin Avropa tərəfdaşı Lissabon Texniki Universiteti ev sahibliyi edib.  

Səfərdə Azərbaycan Texniki Universitetini (AzTU) tədris işləri üzrə prorektor professor Nurəli Yusifbəyli təmsil edib.

Təlim proqramının ilk günü universitetin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti professor Zita Martins layihənin üzvü olan Azərbaycanın 9 ali təhsil müəssisəsinin nümayəndə heyətini salamlayaraq sahibkarlıq təhsilində beynəlxalq əməkdaşlığın vacibliyindən danışıb. Oeiras şəhərciyinin vitse-prezidenti professor Joana Mendonça isə universitet şəhərciyinin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsində rolunu, eləcə də yerli və beynəlxalq innovasiya ekosisteminə verdiyi töhfələri qeyd edib.

Daha sonra layihənin koordinatoru tərəfindən ENGAGE layihəsi haqqında qısa hesabat verilərək, təlim proqramının məqsədlərini və planlaşdırılan fəaliyyətləri iştirakçıların diqqətinə çatdırıb.

Nümayəndə heyəti “Técnico Lisboa Doktorantura Məktəbi” və onun tədqiqat və innovasiyaları inkişaf etdirilməsi üzrə yanaşması ilə tanış olublar. Təlim müddətində Azərbaycan nümayəndə heyəti ilə sahibkarlıq təhsili üzrə açıq müzakirə də təşkil edilərək təcrübə mübadiləsi aparılıb. Daha sonra tələbələrin öz sahibkarlıq layihələrini təqdim etdikləri “E.Awards” proqramın təqdimatı keçirilib. Təlim proqramının yekununda Texnologiya Laboratoriyasına ziyarət təşkil edilib,  İnnovasiya Mərkəzi və tələbə laboratoriyaları təcrübələri haqqında geniş məlumat verilib.


Digər xəbərlər