Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da qızların mühəndisliyə təşviqi ilə bağlı təlim keçirilib

AzTU-da qızların mühəndisliyə təşviqi ilə bağlı təlim keçirilib

21.10.2025     107     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) “O, sadəcə qız deyil, mühəndisdir” mövzusunda təlim keçirilib. AzTU-nun Kommunikasiya şöbəsinin təşkilatçılığı ilə keçirilən təlimdə universitetin xanım tələbələri iştirak edib.

Təlimin məqsədi qızların mühəndislik sahəsinə marağının artırılması və gender bərabərliyinin təşviq edilməsidir.

Təlimçi, Dünya Robot Olimpiadasında ikinci yerin sahibi, AzTU-nun Maşınqayırma və metallurgiya fakültəsinin 2-ci kurs tələbəsi Anabacı Əmiraslanova tələbələri mühəndislikdə qadınların rolu, dünya və Azərbaycan mühəndis qadınlarının uğur hekayələri, STEM-də iştirak edən qadınların statistikası, xanımlar üçün startap imkanları, onların liderlik bacarıqlarının inkişafı və digər istiqamətlərdə vacib məlumatlar verib.

Daha sonra iştirakçılar komandalara bölünərək mövzu ətrafında müzakirələr aparıblar.


Digər xəbərlər