Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaşının növbəti master-klassı keçirilib

AzTU əməkdaşının növbəti master-klassı keçirilib

24.09.2024     496     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Dayanıqlı İnkişaf İnstitutunun əməkdaşı İqor Nasirovun "Azərbaycanın Dünyanın Yaşıl Gələcəyinə Artan Töhfəsi” (Growing Contribution of Azerbaijan to Earth’s Green Future) adlı növbəti master-klassı onlayn təşkil edilib. “Yaşıl layihələr və məhsullar: bazarlar və ticarət" (Green Projects and Products: Markets and Trade) adlanan beşinci hissə ətraf mühitin qorunması məqsədilə sahibkarlıq layihələrinin ekoloji məqsədlər üçün məhsul istehsalı, onların bazarlara çıxarılması və satılması prorsesinə həsr edilib.

Əsas məqsəd COP29-un müxtəlif aspektlərini və onun qlobal iqlim gündəliyinə uyğunluğunu araşdırmaq üçün elmi tədqiqatçıların, professor-müəllim heyətinin, tələbələrin diqqətinə çatdırmaq olub.

Görüşdə qlobal tendensiyalar və təcrübələr, COP29-da Azərbaycanda icra olunacaq layihələr, Azərbaycanın yaşıl dünyaya verəcəyi töhfələr haqqında geniş müzakirələr aparılıb.

Tədbirin qonaqları Valentin Korlomin (Consulting Director, Middle East and Asia-Pacific, Argus Media) və Alexander Yanovskiy (Trader)  öz məruzələri ilə çıxış ediblər.


Digər xəbərlər