Azərbaycan Texniki Universitetinin (AzTU) Dayanıqlı İnkişaf İnstitutunun əməkdaşı İqor Nasirovun "Azərbaycanın Dünyanın Yaşıl Gələcəyinə Artan Töhfəsi” (Growing Contribution of Azerbaijan to Earth’s Green Future) adlı növbəti master-klassı onlayn formatda təşkil edilib. “Yaşıl Maliyyə” (Green Finance) adlanan dördüncü hissə emissiyaların azaldılması, biomüxtəlifliyin qorunması və s. kimi ətraf mühitin qorunması məqsədilə sahibkarlıq layihələrinin ekoloji məqsədlər üçün maliyyələşdirilməsi prorsesinə həsr edilib.
Tədbirin əsas məqsədlərindən biri COP29-un müxtəlif aspektlərini və onun qlobal iqlim gündəliyinə uyğunluğunu araşdırmaq üçün elmi tədqiqatçıların, professor-müəllim heyətinin, tələbələrin diqqətinə çatdırmaq olub.
Tədbirdə qlobal tendensiyalar və təcrübələr, Azərbaycanın yaşıl dünyaya verəcəyi töhfələr, COP29-da Azərbaycanda icra olunacaq layihələr, “yaşıl gələcəyə” verəcəyi töhfə haqqında bacarıqlarını inkişaf etdirmək istiqamətində geniş müzakirələr aparılıb.
Tədbirdə xüsusi qonaq olaraq Asiya İnkişaf Bankı İnstitutunun (ADBI) baş elmi işçisi Dina Azhgaliyeva öz məruzəsi ilə çıxış edib.