Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Əl-Fərabi adına Qazax Milli Universitetinin magistrantlarının AzTU-da keçdikləri təcrübə başa çatıb

Əl-Fərabi adına Qazax Milli Universitetinin magistrantlarının AzTU-da keçdikləri təcrübə başa çatıb

14.04.2026     65     AzTU

Qazaxıstan Respublikasının Əl-Fərabi adına Qazax Milli Universitetinin magistrantlarının Azərbaycan Texniki Universitetində (AzTU) keçdikləri elmi-tədqiqat təcrübəsi başa çatıb.

Maşınqayırma texnologiyası kafedrasının laboratoriyalarında iki həftə davam edən təcrübə çərçivəsində magistrantların Azərbaycan Metrologiya İnstitutuna səfəri də təşkil olunub. Tələbələrə institututda müasir metroloji təminat vasitələri və ölçü cihazları haqqında məlumat verilib, təcrübə hesabatları üçün müvafiq sınaq və təcrübələrin aparılmasına şərait yaradılıb.

Səfər çərçivəsində gənclər Azərbaycanın tarixi, mədəniyyəti və mətbəxi ilə tanış olub, müxtəlif mədəni tədbirlərdə iştirak ediblər.

Təcrübənin sonuncu günündə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov və Maşınqayırma texnologiyası kafedrasının müdiri professor Nizami Yusubov magistrantlarla görüşüb, onlara uğurlar arzulayıblar.

Elmi-tədqiqat təcrübəsini uğurla başa vuran magistrantlara sertifikat təqdim olunub.


Digər xəbərlər