Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da keçirilən “SmartSolutions Hackathon 2026” müsabiqəsinin qalibləri açıqlanıb

AzTU-da keçirilən “SmartSolutions Hackathon 2026” müsabiqəsinin qalibləri açıqlanıb

13.04.2026     44     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində “AzInTelecom” MMC-nin dəstəyi və “Startap Azərbaycan” platformasının tərəfdaşlığı ilə təşkil olunan “SmartSolutions Hackathon 2026” tədbiri başa çatıb. Hakaton süni intellekt və mobillik, həmçinin kibertəhlükəsizlik, “finTech” və bulud texnologiyaları istiqamətləri üzrə keçirilib.

Yarışda AzTU və Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələrindən ibarət komandalar mübarizə aparıb.

İki gün davam edən hakaton çərçivəsində iştirakçılar innovativ ideyalarını real məhsul səviyyəsinə çatdırmaq üçün intensiv fəaliyyət göstərib.

Nəticələrə əsasən, süni intellekt və mobillik üzrə I yerə AzTU-nun “ChatX”komandası (Courier Fatigue Detector - startapı), II yerə AzTU və TAU tələbələrindən ibarət “ISO” komandası (AI in Agriculture - startapı),  III yerə isə AzTU-nun “Tab-SM” (Predictive Sharing – startapı) komandası layiq görülüb.

Kibertəhlükəsizlik, “finTech” və bulud texnologiyaları istiqamətləri üzrə isə I yerin sahibi AzTU-nun “CyberClowns” komandası (Real-Time Phishing Browser Extension - startapı), II yerin sahibi AzTU-nun “Nimbus1950” komandası (Smart Financial Fraud Detection - startapı), III yerin sahibi AzTU-nun “Aura” komandası ( AI Scam & Phishing Detector – startapı) olub.

Qalibləri təbrik edən AzTU rektoru Vilayət Vəliyev onlara uğurlar arzu edib və mükafatları təqdim edib.

Qeyd edək ki, I yerin qalibinə 1000, II yerə 700, III yerin qalib komandasına isə 500 AZN mükafat təqdim olunub.


Digər xəbərlər