Azərbaycan Texniki Universitetinin (AzTU) “AzTU6” komandası “49-cu ICPC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinalına vəsiqə qazanıb. “AzTU6” komandası 13-15 dekabr 2024-cü il tarixində Gürcüstanda keçiriləcək “49-cu ICPC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında (komanda və fərdi) iştirak edəcək.
Xatırladaq ki, 23 ali təhsil müəssisəsindən ümumilikdə 174 komandanın qatıldığı müsabiqənin səkkizdəbir final mərhələsində AzTU-nun “AzTU6” və “AzTU2” komandaları seçilərək dörddəbir final mərhələsinə vəsiqə qazanıb. 22 ali təhsil müəssisəsindən hər biri 3 tələbədən və 1 liderdən ibarət 51 komandanın iştirakı ilə keçirilən dörddəbir final mərhələsində isə “AzTU6” komandası yarımfinalda iştirak hüququnu rəsmiləşdirib.
AzTU-nu müsabiqədə SmartTech İnnavatorlar Mərkəzinin əməkdaşı, Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının baş müəllimi Vüqar Hüseynli, SmartTech İnnavatorlar Mərkəzinin əməkdaşı Kənan Əsgərli və AzTU SABAH qruplarının dekanı Aytən Sadıqovanın rəhbərliyi ilə 15 komanda təmsil edib.