Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da Telekommunikasiya və Radiotexnika Muzeyi açılıb

AzTU-da Telekommunikasiya və Radiotexnika Muzeyi açılıb

19.03.2026     59     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Telekommunikasiya və Radiotexnika Muzeyinin açılışı olub. Açılış mərasimində AzTU rektoru Vilayət Vəliyev, universitet nümayəndələri, müəllimlər və tələbələr, həmçinin sahə üzrə mütəxəssislər iştirak ediblər.

Muzey telekommunikasiya və radiotexnika sahəsində əldə olunan nailiyyətlərin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə yaradılıb. Burada sahənin inkişaf mərhələlərini əks etdirən unikal eksponatlar, müxtəlif dövrlərə aid rabitə cihazları, radio avadanlıqları və ölçü qurğuları nümayiş olunur.

Muzey eyni zamanda tədris prosesində əlavə resurs kimi istifadə olunacaq. Tələbələr burada praktiki biliklərini təkmilləşdirə, real avadanlıqlarla tanış ola və ixtisasları üzrə daha dərin anlayış əldə edə biləcəklər.

Bu təşəbbüs Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) də töhfə verir. Xüsusilə, Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü istiqaməti (Keyfiyyətli təhsil - SDG 4) çərçivəsində tələbələrin praktik biliklərinin artırılmasına, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin 9-cu (Sənaye, innovasiya və infrastruktur - SDG 9) istiqamətində texnoloji bilik və innovasiya potensialının inkişafına xidmət edir.

Muzeyin gələcəkdə daha da zənginləşdirilməsi, yeni eksponatlarla təmin olunması və tələbələr üçün interaktiv imkanların artırılması planlaşdırılır.

Tədbirdə bu kimi layihələrin universitetin elmi potensialının gücləndirilməsində və gənclərin texniki sahələrə marağının artırılmasında mühüm rol oynadığı qeyd olunub.


Digər xəbərlər