Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun 7 tələbəsinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü verilib

AzTU-nun 7 tələbəsinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü verilib

18.02.2025     282     AzTU

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 100 tələbəyə adlı təqaüd təqdim edilib.

Onlar arasında Azərbaycan Texniki Universitetinin (AzTU) 7 tələbəsi (Vüsal Bayramov – İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi IV kurs, 641a2 qrup tələbəsi, Fidan Hümbətzadə – İqtisadiyyat və idarəetmə fakültəsi IV kurs, 951a1 qrup tələbəsi, Arif Əliyev– Metallurgiya və kimya texnologiya fakültəsi IV kurs, 411a1 qrup tələbəsi, Fatimə Bədəlzadə – Maşınqayırma və robototexnika fakültəsi III kurs, 502a qrup tələbəsi, Aqil Baxşıyev – SABAH qrupları fakültəsi IV kurs, 681s1 qrup tələbəsi, Orxan Həsənov – Nəqliyyat və logistika fakültəsi IV kurs, 161a1 qrup tələbəsi, Əhədov İbrahim – Xüsusi texnika və texnologiya fakültəsi III kurs, 742a qrup tələbəsi) var.

Qeyd edək ki, ATİAHİRK-nın “Adlı təqaüd” layihəsi 1995-ci ildən həyata keçirilir, ölkənin müxtəlif ali məktəblərində əla və yaxşı qiymətlərlə təhsil alan, eyni zamanda tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən tələbələrin təhsildəki inkişafına dəstək məqsədi daşıyır. 


Digər xəbərlər