Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Əl-Fərabi adına Qazax Milli Universitetinin magistrantları AzTU-da təcrübə keçəcək

Əl-Fərabi adına Qazax Milli Universitetinin magistrantları AzTU-da təcrübə keçəcək

01.04.2026     33     AzTU

Qazaxıstan Respublikasının Əl-Fərabi adına Qazax Milli Universitetinin (KazNU) magistrantları elmi-tədqiqat təcrübəsi keçmək üçün mübadilə proqramı ilə AzTU-da səfərdədir.

Magistrantlar AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov, Maşınqayırma texnologiyası kafedrasının müdiri Nizami Yusubov və Maşınqayırma və metallurgiya fakültəsinin dekan müavini Anar Hacıyevlə görüşüb, elmi-tədqiqat təcrübəsinin planı və məzmunu barədə ətraflı məlumat əldə ediblər.

Görüşdən sonra magistrantlar AzTU-nun infrastrukturu, kitabxanası, eləcə də kafedranın tədris və laboratoriya bazası ilə tanış olub.

Qeyd edək ki, mübadilə proqramı 2 həftə davam edəcək.


Digər xəbərlər