Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbəsi Avropada qazandığı təcrübəsini əməkdaşlarla bölüşüb

AzTU tələbəsi Avropada qazandığı təcrübəsini əməkdaşlarla bölüşüb

18.07.2024     501     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi Lalə Qarayeva Avstriyanın Aqrar və Ekoloji Pedaqogika Universitetində (HUAP) təcrübə və tədqiqat proqramında mübadilədə iştirak edib. O, “Yaşıl Pedaqogika” mövzusunda seminar təşkil edərək tədris prosesində onun tətbiqi və prisipləri barədə Avstriyada qazandığı təcrübəni AzTU əməkdaşları ilə bölüşüb.

Xatırladaq ki, Lalə Qarayeva “Erasmus+ KA2” proqramı üzrə həyata keçirilən “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi çərçivəsində Avstriyada 1 aylıq təcrübə proqramında iştirak edib. Təcrübə proqramında nəzəri mövzularla yanaşı, praktiki təcrübələr də təşkil edilərək universitetin ətraf mühitin qorunması sahəsindəki fəaliyyəti barədə ətraflı məlumatlar əldə edilib.


Digər xəbərlər