Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbələri Avstraliyada keçirilən Beynəlxalq Astronavtika Konqresində uğurla çıxış edib

AzTU tələbələri Avstraliyada keçirilən Beynəlxalq Astronavtika Konqresində uğurla çıxış edib

07.10.2025     173     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri RRəsul İbrahimli, Hüseyn Hüseynov, Amil Cəmilov, Sahib İskəndərli, Əli Həsənli, Seymur Şıxalızadə və İlahə Kərimova Avstraliyanın Sidney şəhərində keçirilən 76-cı Beynəlxalq Astronavtika Konqresində elmi məqalələrlə çıxış edib.

Səfərdə tələbələri AzTU "SABAH" qruplarının rəhbəri Aytən Sadıqova müşayiət edib.

Məqsəd AzTU tələbələrinin beynəlxalq elmi ictimaiyyətlə təmaslarını genişləndirmək, kosmik tədqiqatlar və astronavtika sahəsində müasir elmi nailiyyətlərlə tanış olmaq, həmçinin universitetin elmi potensialını qlobal miqyasda nümayiş etdirmək olub.

Konqres çərçivəsində AzTU-nun tələbələri aerokosmik mühəndislik, peyk texnologiyaları və süni intellektin kosmik tətbiqləri mövzularında apardıqları elmi-tədqiqat işlərini təqdim ediblər. Gənc tədqiqatçıların çıxışlarında kosmik missiyaların səmərəliliyinin artırılması, enerji resurslarının optimallaşdırılması və orbitdə təhlükəsiz hərəkət modelləri kimi aktual məsələlərə toxunulub.

Tələbələrin təqdimatları müxtəlif ölkələrdən olan alimlər və sənaye nümayəndələri tərəfindən maraqla qarşılanıb.


Digər xəbərlər