Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU “QS Sustainability 2026” beynəlxalq reytinqində uğurlarını davam etdirir

AzTU “QS Sustainability 2026” beynəlxalq reytinqində uğurlarını davam etdirir

20.11.2025     39     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) “QS Sustainability 2026” beynəlxalq reytinqində ətraf mühitə təsir, ictimai təsir və idarəetmə modeli sahələrində əldə etdiyi uğurlarla öz mövqeyini möhkəmləndirib. Reytinqə əsasən, AzTU dünyada 1501+, Asiyada 582-ci yerdə, Azərbaycan üzrə isə 5-ci yerdə qərarlaşıb.

Ətraf mühitə təsir
“Environmental Impact” indikatoru üzrə AzTU dünya üzrə 1247-ci yerdə qərarlaşıb. Bu, universitetin ekoloji siyasət, layihə və tədqiqatlarının beynəlxalq səviyyədə tanındığını göstərir. Universitet ətraf mühitə təsirin azaldılması, dayanıqlı enerji və resurslardan istifadənin təşviqi, tullantıların idarə olunması və ekoloji təhsilin gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.

İctimai təsir
“Sosial Impact” indikatoru üzrə universitet 1251+ kimi qiymətləndirilib. Bu göstərici universitetin sosial məsuliyyət, inklüzivlik, ictimai iştirakçılıq və cəmiyyətlə əlaqələrinin gücləndirilməsi sahəsindəki fəaliyyətlərinin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir. AzTU tələbələr, akademik heyət və yerli icmalar arasında sosial ədalət və bərabər imkanların təşviqinə xüsusi önəm verir.

İdarəetmə modeli
“Governance” indikatoru üzrə 670-ci yer universitetin strateji planlaşdırma, şəffaf idarəetmə, akademik etika, institusional effektivlik və keyfiyyət təminatı sahələrindəki nailiyyətlərini göstərir. Nəticə AzTU-nun idarəetmə strukturlarının beynəlxalq standartlara uyğun olduğunu və institusional potensialının gücləndirildiyini nümayiş etdirir.

“QS Sustainability 2026” reytinqində əldə olunan nəticələr AzTU-nun ətraf mühitə məsuliyyət, İctimai təsir və idarəetmə modeli isqtiqamətində həyata keçirdiyi ardıcıl siyasətin beynəlxalq səviyyədə tanındığını göstərir. Bu nailiyyətlər universitetin qlobal ali təhsil sistemində rəqabət qabiliyyətini artırmaqla yanaşı, milli ali təhsil məkanının beynəlxalq nüfuzuna da əhəmiyyətli töhfə verir.


Digər xəbərlər