Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun prorektorları “Erasmus+” proqramı çərçivəsində Fransada səfərdədir

AzTU-nun prorektorları “Erasmus+” proqramı çərçivəsində Fransada səfərdədir

05.10.2022     1124     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) elm və innovasiya üzrə prorektoru Sübhan Namazov və beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov “Erasmus+KA2” proqramının “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində Fransada keçirilən təlim proqramında iştirak edirlər.

03 – 07 oktyabr 2022-ci il tarixlərini əhatə edən təlim proqramının ilk görüşü Fransanın Beynəlxalq Təhsil Təşkilatında keçirilib. Təşkilatın beynəlxalq əlaqələr üzrə koordinatoru və Rouen Universitetinin keçmiş prezidenti Jean-Luc Nahel tədbiri giriş sözü ilə açaraq bütün qonaqları salamlayıb və Fransada görməkdən məmnunluğunu ifadə edib. Təşkilatın təhsil əməkdaşlığı departamentinin direktor müavini Bruno Kurval isə layihə çərçivəsində sıx əməkdaşlığın uğurla davam etdiyini və təlim proqramının faydalı olacağını vurğlayıb.

Tədbirdə onlayn formatda iştirak edən Rennes Universitetinin prezidenti David Alis “Rektor konfranslarında komitələrin rolu və fəaliyyəti” mövzusunda geniş təqdimatla çıxıb edib. O, konfransın tərkibində fəaliyyət göstərən müvafiq komitələrin vacibliyinə toxunub. Həmçinin komitələrin fəaliyyət istiqamətləri, təşkilati strukturu, funksiyaları barədə təcrübələrini bölüşüb.

Çıxışlardan sonra iştirakçılar arasında faydalı müzakirə və fikir mübadilələri aparılıb.

Qeyd edək ki, təlim proqramında, həmçinin layihə konsorsiumunun üzvü olan Azərbaycan Respublikası elm və təhsil nazirinin müşaviri, Azərbaycan universitetlərinin rektorları, prorektorlar, o cümlədən digər səlahiyyətli nümayəndələr iştirak edirlər.

 

 


Digər xəbərlər