Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Seymur Sərxoşov 1987-ci il yanvarın 28-də Bakıda anadan olub. 2004-cü ildə orta məktəbi bitirdikdən sonra AzTU-nun Nəqliyyat və logistika fakültəsinə qəbul olunub. 2008-ci ildə universiteti bitirib həqiqi hərbi xidmətə yollanıb. 2009-cu ildə hərbi xidmətdən qayıdıb və ixtisası üzrə işləyib.
Seymur Sərxoşov 2020-ci ildə başladılan 44 günlük Vətən müharibəsində iştirak edərək qəhrəmanlıqlar nümayiş etdirib. O, oktyabrın 14-də Qubadlı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Seymur Sərxoşov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!