Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun məzunu, şəhid Bəhruz Hüseynovun doğum günüdür

AzTU-nun məzunu, şəhid Bəhruz Hüseynovun doğum günüdür

17.01.2023     707     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Bəhruz Hüseynov 1994-cü il yanvarın 17-də Salyan rayonunun 1-ci Varlı kəndində anadan olub. 2011-ci ildə orta məktəbi bitirdikdən sonra AzTU-ya qəbul olunub. 2015-ci ildə universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. Bəhruz Hüseynov 2020-ci ildə başladılan 44 günlük Vətən müharibəsində tankçı kimi Füzuli, Cəbrayıl və Hadrut istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıqlar nümayiş etdirib. Oktyabrın 19-da Xocavənd uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Bəhruz Hüseynov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 


Digər xəbərlər