Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun komandası “Zəfər festivalı” adlı idman yarışında III yerə layiq görülüb

AzTU-nun komandası “Zəfər festivalı” adlı idman yarışında III yerə layiq görülüb

02.06.2022     851     AzTU

İyunun 1-də Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Tibb Universiteti (ATU), Nəsimi Rayon Gənclər və İdman İdarəsi, ATU-nun “Təbib” İdman Klubunun birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında "Zəfər festivalı" adlı idman yarışlarının təltifolunma mərasimi keçirilib.

10 ali təhsil müəssisəsinin tələbələri arasında 7 idman növü üzrə keçirilən yarışlarda Azərbaycan Texniki Universitetinin (AzTU) şahmat komandası III yerə layiq görülüb. Final oyununda iştirak edən komandamız kubok və diplomlarla təltif olunub.

Qeyd edək ki, futzal, stolüstü tennis, voleybol (qızlar), voleybol (oğlanlar), basketbol (stritbol), badminton və şahmat üzrə yarışlar Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində keçirilib.

 



Digər xəbərlər