Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU məzunları 30 il sonra doğma universitetlərini ziyarət edib

AzTU məzunları 30 il sonra doğma universitetlərini ziyarət edib

31.05.2024     788     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunları universiteti bitirmələrinin 30 illiyini təhsil aldıqları ali təhsil müəssisəsində qeyd ediblər.   

1994-cü ildə elektron hesablama maşınları, kompleksləri, sistemləri ve şəbəkələri ixtisasında təhsil almış məzunlar AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüblər. Rektor Vilayət Vəliyev məzunları görməkdən məmnunluğunu bildirib və bu ənənənin davam etdirilməsinin vacibliyini vurğulayıb. Məzunların universitetin ictimai-sosial həyatında yaxından iştirak etmələrinin, təcrübələrini tələbələrilə bölüşmələrinin əhəmiyyəti də qeyd olunub.  

AzTU-da həyata keçirilən yeniliklər haqqında məlumat verən rektor məzunların vahid platformada birləşmələri məqsədilə universitetdə qurulacaq Məzun Assosiasiyası haqqında da məlumat verib.

Görüşün sonunda AzTU məzunları adından Məzun Assosiasiyasına universitetin fotosunun əks olunduğu xalça hədiyyə edilib. 


Digər xəbərlər