Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU komandası Gürcüstanda keçiriləcək beynəlxalq müsabiqənin yarımfinalına vəsiqə qazanıb

AzTU komandası Gürcüstanda keçiriləcək beynəlxalq müsabiqənin yarımfinalına vəsiqə qazanıb

21.11.2025     45     AzTU

“50-ci ICPC – Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin Azərbaycan üzrə regional mərhələsi keçirilib. Müsabiqə "ICPC Azərbaycan" icması, Azərbaycan Texniki Universiteti (AzTU) və ADA Universitetinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilib.

Müsabiqənin regional mərhələsi AzTU-da təşkil olunub.

Yarışda Azərbaycanın 20 ali təhsil müəssisəsindən 52 komanda (hər biri üç tələbə və bir komanda rəhbərindən ibarət olmaqla), həmçinin müsabiqədən kənar 3 məktəblilər komandası iştirak edib.

Komandalara 5 saat ərzində 12 alqoritmik məsələni C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək və bu həlləri avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmək tapşırığı verilib.

Müsabiqənin nəticələrinə əsasən, "AzTU4" komandası (Səməd Mastanov, Əlimdar Musayev, Yusif İsmayılov, komanda rəhbərləri: Kənan Əsgərli, Etibar Seyidzadə) III dərəcəli sertifikata layiq görülüb və 15–17 dekabr 2025-ci il tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçiriləcək “50-ci ICPC – Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz Açıq Çempionatında (komanda və fərdi nominasiyalar üzrə) iştirak etmək hüququ əldə edib. Müsabiqənin yarımfinal mərhələsində Azərbaycanı 21 komanda təmsil edəcək.


Digər xəbərlər