Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib

AzTU-da Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib

03.03.2025     198     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan "Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır" mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən maliyyə-təsərrüfat işləri üzrə prorektor Rəşad Əliyev bildirib ki, bu günün qeyd olunmasında məqsəd əhalinin mühafizəsi və təhlükəsizliyinin vacibliyinə diqqəti yönəltmək, həmçinin mülki müdafiə işçilərinin işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.  

Daha sonra çıxış edən Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin müdiri Vidadi Mustafayev Ümumdünya Mülki Müdafiə Gününün tarixi və mülki müdafiə sahəsində Azərbaycanda həyata keçirilən tədbirlər barədə geniş məlumat verib.

Xatırladaq ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olub. 


Digər xəbərlər