Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaş və tələbələri Ankarada səfərdə olub

AzTU əməkdaş və tələbələri Ankarada səfərdə olub

08.01.2026     84     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun doktorantura üzrə proqram meneceri Həcər Əliyeva, Təkrar ali təhsil üzrə proqram meneceri  Şərəfxanım Əliyeva, həmçinin 2-ci kurs magistr tələbələri Nazxanım Şəfiyeva, Nihat İbrahimov, Rial Hümmətov, Hüseyn Hüseynzadə mübadilə proqramı ilə Türkiyənin Gazi Universiteti və Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) Eklemeli İmalat Mərkəzində səfərdə olublar.

Gazi Universitetinə səfər zamanı magistranların elmi düşüncə tərzinin formalaşdırılması, analitik yanaşma qabiliyyətinin inkişaf etdirilməsi və müasir tədqiqat metodologiyalarına yiyələnməsi məqsədilə onların elmi-tədqiqat bacarıqlarının sistemli şəkildə gücləndirilməsi, eləcə də doktorantura səviyyəsinə keçid üçün tələb olunan ilkin elmi hazırlığın təmin olunması istiqamətində doktoranturaya hazırlıq üzrə əhatəli vorkşop təşkil edilib.

Bundan başqa, TUSAŞ Eklemeli İmalat Mərkəzində SLM, EBM prosesinin prinsipləri, CNC/EDM parametrləri haqqında ətraflı məlumatlar verilib.

Səfər çərçivəsində TUSAŞ Eklemeli İmalat Mərkəzinin tədqiqatçısı Can Barışın təqdimatında “Maşın öyrənməsindən istifadə etməklə seçilmiş lazer ərimə (SLM) prosesi əsasında istehsal olunan hissələrin struktur xüsusiyyətlərinin optimallaşdırılması”, Abdullah Özçelikin tədqimatında “SLM idarəedilməsi və parametrləri” və Anıl Emiralıoğlunun təqdimatında “Metal toz xarakteristikası və standartları” mövzusunda seminarlar təşkil olunub.

 


Digər xəbərlər