Azərbaycan Texniki Universitetində (AzTU) fəaliyyət göstərən Cənubu Koreyadan olan qonaq professor Woojik Chunun (Vujik Çin) akademik fəaliyyəti davam edir. Professor İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbələrinə “Obyekt yönümlü proqramlaşdırma”, “Şəbəkənin əsasları” və “Kompüter şəbəkələri” fənlərindən mühazirələr deyib. O, eyni zamanda, müvafiq fənlərin tədrisi ilə bağlə beynəlxalq təcrübəsini AzTU müəllimləri ilə bölüşür. Professor akademik fəaliyyət ilə yanaşı fakültənin beynəlxalq əlaqələrinin inkişafı istiqamətində məsləhətlər də verir.
Məlumat üçün bildiririk ki, qonaq professor Cənubu Koreyanın Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi ilə Koreya Respublikasının Ticarət, Sənaye və Energetika Nazirliyi yanında Milli İnformasiya Texnologiyaları Sənayesinin Təşviqi Agentliyinin (NIPA) “Dünyanın Dostları Koreya (WFK) Məsləhətçiləri Proqramı” çərçivəsində AzTU-da fəaliyyət göstərir.