Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU komandası Ulu Öndərin 102 illiyinə həsr olunan basketbol turnirinin qalibi olub

AzTU komandası Ulu Öndərin 102 illiyinə həsr olunan basketbol turnirinin qalibi olub

02.05.2025     48     AzTU

Yasamal rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunan basketbol turniri başa çatıb.

Bağlanış mərasimində Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, YAP Yasamal rayon təşkilatının məsləhətçisi Fuad Həbibzadə, Azərbaycan Texniki Universitetin (AzTU) prorektoru Rəşad Əliyev, idman klublarının rəhbərliyi və yarış iştirakçıları iştirak edib. 

Turnirdə ölkəmizin aparıcı ali təhsil müəssisələrini təmsil edən 4 komanda iştirak edib.

Gərgin və maraqlı mübarizəsi şəraitində keçən turnirin finalında Azərbaycan Texniki Universitetinin (AzTU) komandası Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) komandasına qalib gələrək birinci yerin sahibi olub.


Digər xəbərlər