Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da CTF yarışması keçirilib

AzTU-da CTF yarışması keçirilib

31.03.2023     699     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) CTF yarışması keçirilib. Məqsəd kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək, bu istiqamətdə karyera qurmaq istəyən tələbələrin praktiki bilik və bacarıqlarının yoxlanılmasıdır. Yarışda AzTU-nun müxtəlif fakültələrindən ümumilikdə 12 tələbə iştirak edib. İştirakçılar müxtəlif veb-proqram təminatında rast gəlinən və "TOP 10 OWASP" üzrə klassifikasiya olunan təhlükəsizlik boşluqlarını əhatə edən laboratoriya tapşırıqlarını onlara verilən 3 saat ərzində yerinə yetiriblər.

Tapşırıqlar əsasən əməliyyat sistemlərində imtiyazların yüksəldilməsi, zərərli proqram təminatının analizi və tərsinə mühəndislik, həmçinin kriptoqrafiya mövzularını əhatə edib. Yarışmanın sonunda ilk 3 yerin qalibi müəyyən olunub. Belə ki, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbəsi Sadiq Qasımov birinci, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbəsi Fariz Məmmədov ikinci, Maşınqayırma və robototexnika fakültəsinin tələbəsi Nicat Allahverdiyev üçüncü yerə layiq görülüb. Mükafatlandırılma mərasimində AzTU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektoru Rəşad Əliyev çıxış edərək qalibləri təbrik edib. Belə yarışların gənclərin dünya görüşünün inkişafında müsbət rol oynadığını bildirib.

Daha sonra yarışmanın bütün iştirakçılarına sertifikat, ilk 3 yerin sahibinə isə hədiyyə və pul mükafatı təqdim olunub.

Qeyd edək ki, yarış AzTU-nun Kibertəhlükəsizlik İnstitutunun dəstəyi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilib.  


Digər xəbərlər