Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin nümayəndələri AzTU-da infosessiya keçirib

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin nümayəndələri AzTU-da infosessiya keçirib

18.04.2025     73     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) növbəti infosessiyası keçirilib. İnfosessiya zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) təlimlərinin VI dalğası üçün qeydiyyat açıq elan olunub.

AzTU-nun SABAH qruplarının rəhbəri Aytən Sadıqova kibertəhlükəsizlik sahəsinin inkifanın əhəmiyyətindən danışıb. O, AzTU rəhbərliyinin bu sahəyə ciddi əhəmiyyət verdiyini, tələbələrin sözügedən istiqamətdə bilik və bacarıqlarının artırlması üçün universitetdə hər cür şərait yaradıldığını deyib.

AKM-in mentoru Sənan Novruzlu dünyada və ölkədə mövcud kiber təhdidlər, onun zərərləri, dövlət əhəmiyyətli dataların oğurlanması, eləcə də özəl sektorların datalarına olan kiber hücumlar haqqında ətraflı məlumat verib. Bildirib ki, AKM təlimlərinin keçirilməsində məqsəd ölkədəki kibertəhlükəsizlik kadrlarının ən yüksək səviyyədə bilik və bacarıqlarını formalaşdırmaqdır.

AKM-in mentoru Səxavət Abdıyev AKM haqqında AzTU tələbələrinə ətraflı məlumat verib. O bildirib ki, AKM-in ilk 6 dalğası üçün ümumi olaraq 360 nəfərə təlim keçirilməsi nəzərdə tutulub, ilk 4 dalğadan 240 nəfər məzun olub, hazırda 5-ci dalğanın təlimləri bitmək üzrədir. Bütün məzunlar həm dövlət qurumlarında, həm də özəl sektorda mərkəzi təmsil edirlər. Mərkəzin nümayəndəsi AzTU tələbələrini aktiv olmağa və təlimlərin son 6-cı dalğasına qoşulmağa çağırıb. Təlimlərə qeydiyyat mayın 7-də yekunlaşacaq.

AKM-nin mentoru Osman Əliyev infosessiya zamanı vurğulayıb ki, Mərkəzin icra etdiyi təlimlər İsrailin “Technion” Texnologiya İnstitutunun təlim proqramına əsaslanır və hər təlim periodu üçün 60 mütəxəssisin hazırlanması nəzərdə tutulur. Mərkəzin əməkdaşı qeyd edib ki, xarici təlimçilər komandası təlimlərə müraciət etmiş iştirakçıların həm ingilis dili səviyyəsini, həm İT biliklərini, həm psixoloji durumunu yoxlayır, həm də müsahibə bacarıqlarını testdən keçirir. Nəticədə bütün mərhələləri uğurla keçmiş namizədlərə “Blue team” (müdafiə) və “Red team” (hücum) istiqamətində 6 aylıq təlimlər keçirilir. Təlimi uğurla bitirənlərə “Technion” İnstitutunun rəsmi sertifikatı verilir.

Sonda AKM-nin nümayəndələri AzTU tələbələrini maraqlandıran sualları cavablandırıb.


Digər xəbərlər