Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaşı beynəlxalq və nüfuzlu akademik jurnal bazasının Azərbaycan üzrə redaktoru təyin olunub

AzTU əməkdaşı beynəlxalq və nüfuzlu akademik jurnal bazasının Azərbaycan üzrə redaktoru təyin olunub

19.03.2025     367     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KIM) direktoru Xəyalə Hacıyeva akademik açıq əlyetərli jurnalların dünyada nüfuzlu bazası sayılan DOAJ-ın  (Directory of Open Access Journals) Azərbaycan üzrə redaktoru təyin olunub. DOAJ dünya üzrə bütün açıq əlyetərli jurnalları özündə indeksləyən başlıca beynəlxalq akademik bazadır. Burada indekslənən jurnalların beynəlxalq tələblərə uyğun nəşri tələb olunur.

AzTU əməkdaşının redaktorluq fəaliyyəti çərçivəsində Azərbaycandan müraciət olunan jurnalların dəyərləndirilməsi, onların beynəlxalq tələblərə uyğunlaşdırması məqsədilə redaktorlar üçün təlim və vebinarların təşkili nəzərdə tutulur. Məqsəd Azərbaycanda akademik jurnalların inkişafının və akademik yazı mədəniyyətinin daha yüksək səviyyəyə çatdırılmasından ibarətdir.


Digər xəbərlər