Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər TÜBİTAK BİLGEM Mərkəzinin rəhbəri AzTU-da olub

TÜBİTAK BİLGEM Mərkəzinin rəhbəri AzTU-da olub

15.10.2024     580     AzTU

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) İnformasiya Təhlükəsizliyi üzrə Tədqiqat Mərkəzinin (BİLGEM) rəhbəri Ali Görçin Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaq AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

Rektor Vilayət Vəliyev AzTU-da süni intellekt və kibertəhlükəsizlik sahhəsində görülən işlərdən danışıb. Bu istiqamətdə universitetin BİLGEM ilə əməkdaşlığının önəmini vurğulayıb.

BİLGEM-in rəhbəri Ali Görçin müasir dövrdə informasiya təhlükəsizliyinin önəmindən danışıb və yeni kiberməhsulların ortaya qoyulmasının vacibliyini qeyd edib. Bildirib ki, mərkəz AzTU ilə qeyd olunan istiqamət üzrə magistratura və doktorantura səviyyələrində əməkdaşlıq edə bilər. Ali Görçin universitetlə mərkəzin birgə sertifikasiya proqramları həyata keçirməsi, həmçinin Türkiyə universitetləri ilə magistratura və doktorantura səviyyələrində razılılaşdırılmış ikili rəhbərliyin BİLGEM tərəfindən dəstəklənəcəyini bildirib.

Görüşdə tələbələrin kibertəhlükəsizlik və süni intellekt istiqamətində biliklərinin daha da təkmilləşdirilməsi üçün onların mərkəzdə təcrübə keçməsi ilə bağlı müzakirələr aparılıb.


Digər xəbərlər