Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbələri üçün “Külək enerjisi sahəsində nəzəri və praktiki təlim” adlı nəzəri və praktiki təlim proqramı təşkil olunub

AzTU tələbələri üçün “Külək enerjisi sahəsində nəzəri və praktiki təlim” adlı nəzəri və praktiki təlim proqramı təşkil olunub

01.04.2026     24     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrin alternativ və bərpa olunan enerji mənbələri sahəsində biliklərinin artırılması məqsədilə “Külək enerjisi sahəsində nəzəri və praktiki təlim” adlı nəzəri və praktiki təlim proqramı təşkil olunub. Təlim çərçivəsində xüsusilə külək enerjisinin müasir enerji sistemində rolu, qlobal enerji təhlükəsizliyində əhəmiyyəti və davamlı inkişaf kontekstində strateji mövqeyi geniş şəkildə təhlil edilib.

Proqram zamanı ənənəvi fosil yanacaqların istifadəsinin yaratdığı istixana qazı emissiyaları, karbon tullantılarının artımı və bunun qlobal iqlim dəyişikliklərinə təsiri elmi faktlar əsasında izah edilib. Qeyd olunub ki, kömür və digər fosil yanacaqların yandırılması qlobal istiləşməni sürətləndirir və beynəlxalq iqlim hədəflərinə nail olunmasını çətinləşdirir. Bu mənada külək enerjisi ekoloji cəhətdən təhlükəsiz, bərpa olunan və dayanıqlı enerji mənbəyi kimi mühüm alternativ hesab edilir və atmosferə zərərli qazlar buraxmadan elektrik enerjisi istehsal etməyə imkan yaradır.

Təlimin praktik hissəsində tələbələr külək elektrik stansiyalarının enerji infrastrukturunun inkişafındakı rolu, onların müasir elektrik enerjisi sistemlərinə inteqrasiyası və enerji şəbəkəsinin dayanıqlığının artırılması mexanizmləri barədə nəzəri və tətbiqi biliklər əldə edib. Eyni zamanda, yüksək güclü külək turbinləri, ağıllı idarəetmə sistemləri və enerji saxlama texnologiyaları kimi müasir enerji həlləri haqqında ətraflı məlumat təqdim olunub.

Bundan əlavə, enerji səmərəliliyinin artırılması və enerji resurslarından səmərəli istifadə məsələləri də müzakirə edilmişdir. Qeyd olunub ki, külək enerjisinin tətbiqi regionların enerji asılılığının azaldılmasına, daha əlverişli enerji imkanlarının yaradılmasına və iqtisadi səmərəliliyin artırılmasına şərait yaradır. Ənənəvi enerji mənbələri ilə müqayisədə külək enerjisinin daha ekoloji və uzunmüddətli enerji həlli olduğu vurğulanıb.

Təlim tələbələrdə alternativ enerji sahəsində həm fundamental nəzəri biliklərin, həm də praktik bacarıqların formalaşmasına şərait yaradıb.


Digər xəbərlər