Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılğı ilə Azərbaycan Texniki Universitetində (AzTU) Respublika Fənn Olimpiadalarının informatika fənni üzrə yarımfinal turu keçirilib.
2 gün davam edən müsabiqədə 8, 9, 10 və 11-ci sinif şagirdləri (ümumilikdə 200 iştirakçı) iştirak edib. İştirakçılara 3 saat ərzində 4 alqoritmik məsələni C++, “Python” proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.