Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da DAAD-nin növbəti seminarı keçirilib

AzTU-da DAAD-nin növbəti seminarı keçirilib

21.10.2024     465     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramlarına müraciətlə bağlı növbəti seminar keçirilib. “Uğurlu motivasiya məktubunu necə hazırlamalı” mövzusunda keçirilən seminarda tələbələrə DAAD-nin magistratura səviyyəsində təqaüd proqramlarına müraciət edən zaman təqdim edilməli olan motivasiya məktubunun hazırlanması qaydaları izah olunub. Seminar AzTU-da fəaliyyət göstərən DAAD-nin alman dili müəllimi Klaudio Kasperl tərəfindən keçirilib.

Seminarda DAAD-nin fəaliyyəti və təqaüd proqramları, müraciət şərtləri, tələb olunan sənədlər toplusu və motivasiya məktubunun düzgün hazırlanması qaydaları haqqında tələbələrə ətraflı məlumat verilib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Bununla yanaşı, Klaudio Kasperl “Almaniyada təqaüdlü dil kursları” üzrə məlumatlandırma sessiyası da təşkil edib. DAAD-nin bakalavr və magistr tələbələri üçün təşkil edilən məlumatlandırma sessiyasında Almaniyada yay məktəbləri və onlara müraciət qaydaları ətraflı izah olunub.


Digər xəbərlər