Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi üzrə tədris paketi hazırlanıb

Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi üzrə tədris paketi hazırlanıb

09.12.2024     296     AzTU

4-cü sənaye inqilabı sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi məsələsini xüsusilə aktual edir. Qeyd etmək vacibdir ki, bu sistemlər çox zaman həm də kritik informasiya infrastrukturu obyektlərinin vacib elementlərindən biri olur.

AzTU-nun Kibertəhlükəsizlik kafedrasında ikinci ildir ki, informasiya təhlükəsizliyi ixtisasında təhsil alan tələbələrə “Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi” fənni tədris olunur və bu müddətdə həmin fənn üzrə tədris materialları paketi hazırlanıb. Tədris paketinə fənnin proqramı, sillabusu, mühazirə mətnləri və təqdimatları, video dərslər, mövzular üzrə biliyi qiymətləndirmə testləri, laboratoriya işləri və digər didaktik materiallar daxildir. Laboratoriya işlərinin hazırlanmasında və test edilməsində 4-cü kurs tələbələri yaxından iştirak edib.

Laboratoriya işləri sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi sahəsində həllərin öyrənilməsi məqsədilə Kibertəhlükəsizlik kafedrasının müəllimi Fərid Qasımlının rəhbərliyi ilə 641a1 və 641a2 qruplarının tələbələri tərəfindən həm praktiki və nəzəri, həm də video formatda hazırlanıb. Bura virtual sənaye idarəetmə sistemi (VSİS) mühitinin qurulması, VSİS şəbəkəsinin daranması və şəbəkə paketlərinin analizi, açıq mənbəli alətlər vasitəsilə sənaye idarəetmə sistemlərinin aktiv və passiv monitorinqi, müxtəlif kiberhücumların simulyasiyası mühitlərinin qurulması daxildir.


Digər xəbərlər