Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Rumıniya universitetinin rektoru AzTU-da olub

Rumıniya universitetinin rektoru AzTU-da olub

04.03.2025     247     AzTU

Azərbaycana səfərə gələn Rumıniyanın “1 dekabr 1918” Alba Lulia Universitetinin rektoru professor Daniel Valer Breazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU-nun tədris işləri üzrə prorektoru professor Nurəli Yusifbəyli və universitetin nümayəndələri ilə görüşüb.

Prorektor Nurəli Yusifbəyli universitetdə görülən işlər, həyata keçirilən layihələr, AzTU-nun hədəfləri barədə məlumat verib.

Görüş zamanı AzTU ilə “1 dekabr 1918” Universiteti arasında əməkdaşlığın qurulması istiqamətində fikir mübadiləsi aparılıb. Hər iki universitetin uyğun sahələr üzrə birgə tədqiqat aparması, müəllim-tələbə mübadiləsi, birgə layihələrdə iştirak imkanları müzakirə olunub.


Digər xəbərlər