Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Türkiyənin rabitə sənayesinin nümayəndələri AzTU-da olub

Türkiyənin rabitə sənayesinin nümayəndələri AzTU-da olub

19.02.2025     292     AzTU

Türkiyənin OSTİM Mütəşəkkil Sənaye Bölgəsinin nəzdində fəaliyyət göstərən Rabitə Texnologiyaları Klasterinə daxil olan müxtəlif şirkətlərin nümayəndələri AzTU-da olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

Rektor Vilayət Vəliyev AzTU-nun Türkiyə ali təshil müəssisələri və şirkətləri ilə əməkdaşlıq əlaqələrindən danışıb. Türkiyə ali təhsil müəssisələrinin universitet-sənaye əməkdaşlığı ilə bağlı təcrübəsinin AzTU-da tətbiqinin önəmi vurğulanıb.

Türkiyə nümayəndə heyətinə rəhbərlik edən Rabitə Texnologiyaları Klasterinin koordinatoru Durali Çiçek və Klasterə daxil olan şirkətlərin nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyəti barədə məlumat verərək elektronika, avtomatlaşdırma, telekommunikasiya, proqramlaşdırma, kibertəhlükəsizlik sahələrində universitet-sənaye əməkdaşlığının vacibliyini qeyd ediblər. Durali Çiçek bildirib ki, AzTU-nun professor-müəllim heyəti və tələbələri Klasterə daxil olan şirkətlərdə tədqiqat və təcrübə fəaliyyətlərinə cəlb edilə bilər.

Görüşdə müvafiq istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.


Digər xəbərlər