Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Hindistan universitetinin nümayəndələri AzTU-da olub

Hindistan universitetinin nümayəndələri AzTU-da olub

05.03.2025     232     AzTU

Hindistanın O.P.Cindal Qlobal Universitetinin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olub.

Qonaqları salamlayan AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov universitetd tədris, tədqiqat, beynəlxalq əməkdaşlıq və reytinqlər istiqamətində görülən işlər barədə məlumat verib.

O.P.Cindal Qlobal Universitetinin İnstitusional İnkişaf və Strateji Qlobal Fəaliyyət Ofisinin direktoru Rahul Bhandari və Reytinqlər Bençmarkinq və İnstitusional Transformasiya üzrə Ofisin baş meneceri Swapnil S Bhosale AzTU-ya səfərindən məmnun olduqlarını ifadə edərək təmsil etdikləri universitet haqqında geniş tədimat ediblər.

Görüş zamanı hər iki universitet arasında tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələri və digər əməkdaşlıq imkanları müzakirə edilib.


Digər xəbərlər