“Clarivate” şirkətinin nümayəndəsi Meinhard Kettler Azərbaycan Texniki Universitetində (AzTU) təlim keçib.
Tədqiqat və inkişaf şöbəsinin təşkilatçılığı ilə keçirilən onlayn təlimin əsas məqsədi “PQDT Global” və “Web of Science” platformalarının təklif etdiyi imkanlardan daha effektiv istifadə və açıq girişin yayılması ilə bağlı məlumat vermək olub.
Təlim zamanı “PQDT Global” və “Web of Science”a ödənişsiz daxil olmaq, elektron tezis və dissertasiyalar, “ProQuest” tərəfindən təklif olunan ödənişsiz “ETD Dashboard” aləti vasitəsilə məlumat əldə etmək, universitetlərin institusional repozitoriyası kimi mövzular müzakirə olunub.