Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Rektor “Ovuc içi” layihəsi ilə qalib olan AzTU tələbələrini təbrik edib

Rektor “Ovuc içi” layihəsi ilə qalib olan AzTU tələbələrini təbrik edib

09.12.2024     357     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Startaplar üçün Layihə Dəyərləndirmə Formu”nda “Ovuc içi” adlı layihə ilə birinci yerə layiq görülən tələbələrlə görüşüb.

Görüş zamanı tələbələr qeyd edib ki, “Ovuc içi” layihəsi müasir texnologiyaları ovucun içinə sıxacaq ölçüyə gətirmək və beləliklə istifadəçilərin texnoloji bacarıqlarını daha sadə və anlaşıqlı yolla öyrənməsini hədəfləyir.

CDİO (Öyrən, Layihələndir, Reallaşdır, İşlət) konsepti əsasında hazırlanan qurğudan mühəndisliyə marağı olan şagirdlər və tələbələr yararlana bilər.  

Çoxfunksiyalı qurğu mobil telefonla idarə olunur. Qurğu müxtəlif kiçik həcmli əşyalar üzərində lazer vasitəsi ilə istənilən görüntünü vizuallaşdırmağa imkan verir.

Tələbələri təbrik edən rektor, onlara növbəti müsabiqələrdə də uğurlar arzulayıb.

Qeyd edək ki, layihənin mentoru AzTU-nun prorektoru Rəşad Əliyev, komandanın üzvləri isə Mirsahib Ağazadə, Ömər və Sübhan Ələskərovlardır.


Digər xəbərlər